- Niyə AzəriBlog?
- Reklamların saytda nümayiş olunması
- Bannerlərin xüsusiyyəti
- AzəriBlogda reklam tarifləri
- Bloglarda reklam
- Bloglarda gedən nümayiş əsasındakı reklamların tarifləri
- Reklam sifarişi və ödəniş prosesi
- Saytda reklam etmək üçün qaydalar
Niyə AzəriBlog?
AzəriBlog saytı Azərbaycanın ən çox ziyarət olunan saytlarındandır.
Bizim təqdim etdiyimiz xidmətlər sayəsində bir neçə ay ərzində
fəaliyyət göstərməyimizə rəğmən, saytımız artıq dəyərli
vətəndaşlarımızın diqqətini və sevgisini qazana bilmişdir.
Saytımızın ana dili Azərbaycan dili olduğuna görə dünyanın hər
yerindən həmyerlilərimizin marağına səbəb olmuşdur.
AzəriBlogun ümumi ziyarətçiləri əsasən blog yazanlar və blog
oxucularıdır. Bunlar bizim ölkənin müxtəlif təbəqələrinə aid
intellektual insanları, tələbələr, elm adamları, jurnalistlər və
sinflərinin alim və s. internet istifadəçiləridir.
Saytımız Azərbaycanda ilk pulsuz AzəriBlog sistemi olduğuna görə
günbəgün genişlənir və saytın ziyarətçiləri də günü-gündən çoxalır.
Saytın ziyarətçilərinin əksəriyyəti azərbaycanlılar olduğu üçün
AzəriBlog saytı reklam üçün Azərbaycanda olan şirkətlər, firmalar,
banklar, saytlar və digər qurumlar üçün çox münasib, ucuz və sərfəli
internet resursudur.
Reklamların saytda nümayiş olunması?
Reklamlar müştərilərin sifarişinin sayına uyğun olaraq 24 saat gecə və günduz
saytda reklamların müəyyən olunduğu bölgədə yerləşdiriləcək.
Bunu da qeyd edək ki, reklamların saytda göstərilmə sayını biz 2 gün
artıracağıq. Yəni misal üçün müştərinin reklami (yalnız sayt səhifələrində
istifadəçilər bloglarında yox) 30 gün yox bəlkə 32 gün
nümayiş olunacaq. Bu 2 gün çoxaltmaq saytda ehtimalı yaranan problemlərə görə
tətbiq olunub.
Və ya əgər bir müştəri (İstifadəçilər bloglarında
olan reklam) A planını reklam etmək üçün seçib sifariş edərsə onun reklamı 10 gün ərzində, hər gün 24 saat saytda reklamların müəyyən olunduğu bölgədə
5.000 dəfə göstəriləcək. müştərinin reklam saytda 5.000 dəfə yox bəlkə 5.100
dəfə nümayiş olunacaq.
Bannerlərin xüsusiyyəti:
AzəriBlogda yerləşən reklamların eni 120 piksel və uzunluğu 240 piksel ölçüdə şəkil və ya flaş fayllardan ibarətdir. (standart reklam ölçüsü) Şəkillər .jpg .gif və .swf formatda olmalı və faylın həcmi 20 KB çox olmamalıdır.
AzəriBlogda reklam tarifləri:
Sayt səhifələrindəki reklamlar
| Plan | nümayiş müddəti | Qiymət (AZN ) |
| A | 1 ay | 200 |
| B | 2 ay | 380 |
| C | 3 ay | 550 |
Bloglarda reklam
AzəriBlogın bu reklam planında reklamlar nümayiş sayı əsasən yalnız istifadəçilərin bloglarında (bütün səhifələrdə) nümayiş olunacaq. Və müştərinin sifariş verdiyi sayda reklam bloglarda nümayiş olunacaqdır. 120 x 240 piksel olçusundə reklam hər bir blogda sadəcə olaraq 120 saniyə görsənəcək, daha sonra qapanır.
- Əgər müştərilərin sayı çox olsa, reklamlar random surətində (hər dəfə fərqli reklam) bloglarda nümayiş olacaq.
- Müştərinin sifariş verdiyi reklamın nümayiş sayı bitənədək, reklam bloglarda göstəriləcək. Əgər sifariş verən reklamının
100,000 dəfə göstərilməsini istəyirsə bu sayı bitənədək reklam blogda göstəriləcək. Əgər blogların ziyarətçısı çox
olsa bu reklamın göstərilmə müddəti azalacaq.
- Bloglarda gedən reklamların nümayiş sayı, müştərinin verdiyi sifarişdən 5 % çox olacaq. Məsələn əgər müştəri
100,000 dəfə reklam nümayişi sifariş versə onun reklami 100,000 dəfə yox bəlkə
105,000 dəfə bloglarda nümayiş olunacaq.
- çox sayı sifariş verən müştərilərə 5% - 45 % dək endirimli tariflər də nəzərə alınıb və aşağıdakı tariflər nəzərdə tutulub.
Bloglarda gedən nümayiş əsasındakı reklamların tarifləri:
| Reklam Sifariş sayı | 100,000 | 200,000 | 500,000 | 1,000,000 | 2,000,000 | 5,000,000 |
| Reklam nümayiş sayı | 105,000 | 210,000 | 525,000 | 1,050,000 | 2,100,000 | 5,250,000 |
| Qimət (AZN) | 200 | 360 | 750 | 1200 | 2000 | 4000 |
Reklam sifarişi və ödəniş prosesi:
AzəriBlog saytında reklam sifariş vermək üçün ads@azeriblog.com ünvanila əlaqə saxlaya bilərsiniz.
Saytda reklam etmək üçün qaydalar:
- əxlaqa, dinə, adət-ənənəmizə zidd olan reklamların saytda yerləşdirilməsi qadağandır.
- saytda reklamın yerləşdirilməsi reklam pulunu tam ödədikdən sonra mümkün olacaq.
- hər reklamın yalnız bir sayt üçün keçidi (linki) ola bilər.
- reklamda yazılan sözlər və şuarların məsuliyyəti reklamı sifariş verənin öhdəsindədir. Və AzəriBlog heyəti də reklamı qəbul etmək və ya etməmək hüququna malikdir.
- reklamın dizaynı reklamı sifariş verənin öhdəsindədir.
Diqqət:
"AzeriBlog" reklamlarının digər saytlara görə fərqi ondadır ki, saytımızda ancaq üç reklam yeri mövcuddur və reklamlar gözə görünən, münasib yerdə, standart ölçülərdədir. Buna əsasən reklam nümayişi və reklam olunan saytın ziyarət edilmə ehtimalı daha çoxdur.
"AzəriBlog" reklam müştəriləri üçün xüsusi idarə
paneli nəzərdə tutub ki, müştərinin hesabı aktiv olunandan sonra hesab
məlumatları müştəriyə göndərilir. Müştəri öz hesabında reklam barədə ətraflı
məlumat əldə etməklə yanaşı, reklamın başlanğıc tarixi, gündə nə qədər nümayiş
olunması sayını və nə qədər ziyarətçi əldə etməsini öyrənmiş olur.
