Blog nədir?
Blog, əlavə texniki məlumat olmadan, öz istədiyi şeyləri, öz istədiyi şəkildə yazan istifadəçilərin yaratdığı, gündəliyə bənzər web saytıdır. İngilis dilindəki “web“ və “log” sözlərinin birləşməsindən alınan “weblog“ sözlüyünün zamanla təhrif olunmuş formasıdır.
Blog, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayınlandığı bir saytdır. Demək olar ki, blog saytlarındakı şərhlər həmin blogun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində blog müəllifi ilə oxuyucular arasında rabitə yaranır. Zaman keçdikcə bloglarda yazılardan əlavə video, mp3, kiçik chat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Bloglar intenet istifadəçiləri arasında fikir, məlumat mubadiləsinin artmasında çox əhəmiyyətlidir. Fikir və düşüncələrlə yanaşı bəzi materialların və məlumatların paylanmasında da rol oynayır.
Xaricdə bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına daxil olan insanlar öz fikir və amallarını, gündəlik həyat tərzlərini öz sevdiklərinə çox vaxt bloglar vasitəsiylə həyata keçirmişlər. Və daha sonradan isə blog sistemi yayılaraq hər bir insana öz sözünü deməyə şərait yaratdı. Blog hər bir kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir.
Blogdakı yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil olunur. Yəni bloglarda hər sahə üzrə yazılar və maraqlı məlumat, materiallara rast gəlmək olar.
Bloglar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni ki, bir tək müəllifə aid olur. Bəzən isə qrup şəklində, bir necə müəllif tərəfindən yazılar yazılır.
AzeriBlog nədir?
AzeriBlog yuxarıda yazılan bütün xidmətlərin yanlız Azərbaycan dilində həyata keçirilməsinə zəmin yaradan ilk Azərbaycan internetinin weblog sayt sistemidir. AzeriBlog sizə öz dilimizdə mükəmməl bir fürsət yaradıbdır. Dilimizin inkişafında və təkamülündə bu fürsətdən istifadə edə biləsiniz.
“AzeriBlog”un məqsədi nədir?
Məqsədimiz Azərbaycan internetinin inkişafı və elimizin övladlarına xidmət etməkdir. Həmçinin bildiyiniz kimi internet məkanında Azərbaycan saytlarının əksəriyyəti bizə yad olan rus dilindədir. Artıq bu pis ənənəni qıraraq Azərbaycan dilinin inkişafı və dünyada yayılması üçün də bu blogdan istifadə olunacaq. Məlum olduğu kimi dünyada 60 milyona yaxın həmvətənimiz yaşayır. Bu saytın vasitəsiylə dünyanın hər bir yerində olan soydaşlarımızı bir araya gətirəcək və blogda yerləşdirdikləri fikirlərlə, xəbər və məlumatlarla tanış olma imkanı yaradacağıq.
Bariz bir misal olaraq sizə bir statistikanı çatdırmaq istərdik. Bloglar arasında dünyada 3-cü yeri fars dili tutur. Buna səbəb də farsdilli blogların az olmasına baxmayaraq minlərlə istifadəçisi olmasıdır. Və internetdə hər kim axtarış versə asanlıqla farsca olan on minlərlə məqalə, yazı tapmaq imkanına sahibdir. Biz də bu cür layihəni təşkil edərək Azərbaycan dilinin yayılmasına çalışacağıq və farsdilli, rusdilli və digər dillərdə olan bloglardakı soydaşlarımızın öz ana dillərində olan blog saytında yazmasını təşkil decəyik.
“AzeriBlog”un işləmə mexanizmi necədir?
AzeriBlog saytında sizlər öz fikir, düşüncələrinizi, məqalə, yazı və əsərlərinizi, şəkillər və s. məlumatlarınızı çox asanlıqla yerləşdirə bilərsiniz. Bunun üçün hər hansı kodlara, proqram sistemlərinə, dizayn bacarığına sahib olmaq lazım deyildir. Bunun üçün ikicə dəqiqə ayırıb, qeydiyyatdan keçib öz hesabınıza daxil olaraq və materialları məlumat bazasına çox asanlıqla yerləşdirə bilərsiniz.
“AzeriBlog”a necə üzv olaq?
AzeriBlog saytına üzv olmaqdan ötrü üzvlük formunu doldurmağınız lazımdır. Bu formu doldurarkən orda qeyd edilənlərə diqqət yetirməyiniz vacibdir. Form doldurulduqdan sonra yazdığınız istifadəçi adınızı və şifrənizi yadınızda saxlayın. Daha sonra mail vasitəsiylə sizin e-mail ünvanınıza gələn aktivlik kodunu təsdiqlədikdən sonra, öz hesabınıza daxil olun. Daxil olduqdan sonra isə istədiyiniz hər cürə əməliyyatı orda görəcək və istifadə edə biləcəksiniz. Daha ətralı məlumat üçün sual-cavab bölməsinə müraciət edin.
AzeriBlog ailəsi olaraq hamınıza uğurlar diləyirik!
